Yorum-Analiz

II Qarageni Qarabağa Şeyxmi çağırıb?

Ermənistanın ErMİNAstan olduğu bir daha görsəndi. Beynəlxalq humanitar hüququn əsas normalarını, prinsiplərini, eləcə də, Cenevrə Konvensiyalarının (1949) tələblərini kobud şəkildə pozaraq, respublikamızın ərazilərini minalamış Ermənistan silahlı qüvvələri vətəndaş­larımızın həyatına son qoyur. Mövcud mina xəritələrini verməzkən, yeni minalar döşəmək təlimatı alan erməni hərbçiləri öz qanunsuz əməllərinə fürəst axtarır.

Ermənistanda bu cinayət əməllərinə bir “Dur!” deyən varmı? Yaxşı, Ermənistan siyasi-hərbi rəhbərliyini başa düşdük də, düşmədik, bəs erməni aydınları, erməni anaları, erməni QHT, KİV başçıları, cəhənnəm, erməni katolikosu niyə dinmir? – Baxın, həmin o erməni katolikosu deyilən nəfər – II Qaregin Qarabağa gəlib. Onu bizim şeyxmi hansısa tədbirə çağırıb? – Əlbəttə, yox! Yoxsa, Azərbaycanın müvafiq dövlət orqanlarına deyərəkmi gəlib? – Belə də deyil, əlbəttə. Əlbəttə, özbaşına gəlib. İşi-gücü “erməni zəvvarlar”ı ermənilərin Qarabağa köçürülməsindən yüzillər öncəsinə aid alban kilsələrinə “ziyarət”ə aparıb-gətirmək olan Xankəndindəki rusməramlı qüvvələr, bir zəhmət II Qarageinlə də yaxından ilgilənsin. – Bəlkə, adam 25 yaşlı Qayane Qrantovna Arzumanyanın Xankəndindəki rus hərbi kontingentinin baş leytenantı Artyomdan hamilə qalmasının üstündən aylar keçəndən sonra, onların “kəbin”ini kəsməyə, nə bilim, nigahını bağlamağa gəlib?

II Qarageinin Xankəndinə gələrək, terrorçuların başsız başçısı Araiklə görüşməsi də, Qarabağ döyüşlərində cəhənnəmə vasil edilən işğalçı, separatçı erməni əsgərlərin məzarlığını ziyarət etməsi də qanunsuzdur. Belə bir din xadimi “mina döşəməyin!” deyərmi? “Daha çox mina döşəyin” deyər ki, döşəməyin deməz. O necə din xadimidir ki məscidlərin dağıdılmasına, məscidlərə donuz doldurulmasına göz yumurdu?

Ermənistan guya “qalib”kən qalib ləyaqəti göstərə bilmədi, məğlub olunca da, məğlubluğu ilə barışmır; müharibədə döyüşə bilmədi – işğalçı ordunun 10 min civarında fərarisi, daha nə qədər gizlənəni, şil-küt olanı, cəhənnəmə vasil olanı, silah-sursatı qoyub qaçanı, itkini… bəlliykən, indi də sülhquruculuğunda ləyaqət göstərə bilmir. Nə zaman atəşkəs oldu – onu ilk Ermənistan pozdu. Dövlət ciddiyyətinə yiyələnə bilməyən Ermənistanla davranmağın tək yolu var: Ermənistanda Ermənistanlılıq qalmamalıdır! Ermə­nistan dövlət ərkanına yiyələnənə qədər bizimki bizə dəyər. Artıq, onlarınkı onlara dəysin, artıq, bədəl ödəmə vaxtı onlardadır.

Ermənistan mina xəritələrini verməklə sülh ləyaqəti, ciddi dövlət ədəbi nümayiş etdirə bilərdi. Bilmədi;

Ermənistan dübarə mina döşəməkçün, digər təxribat, pozuculuq işləri üçün kəşfiyyat-diversiya qrupları göndərməzdi. Göndərdi;

Ermənistan üçtərəfli Bəyanatın mürəkkəbi qurumamış terrorçu bölmələri Qarabağa ezam etməyə bilərdi. Etdi;

Ermənistan Fransa ablası başda olmaqla, çeçələ dövlət Lüksemburq ayaqda olmaqla, uzaq-uzaq dövlətləri bizim üstümüzə haray-həşirə qaldırmamalıydı. Qaldırdı;

Ermənistan iki üçtərəfli Bəyanata əməl etməli, məsələn, Zəngəzur dəhlizində işlərə mane olmamamlıydı. Oldu;

Ermənistan “əvəzçıxma” çağırışlarında – siyasi hoqqabazlıqlarda bulunmamalıydı. Bulundu…

Siyahını Ermənistanın perimetri qədər uzaqtmaq olar, ancaq perimetr boyu dolanmağa ehtiyac yoxdur, Ermənistanın monoetnik, qeyri-tolerant, etibarsız qonşu, əsalətsiz dövlət olduğu hər metrdən, hər kvadratmetrdən bəllidir. Ermənistan şərdən arındırılmalıdır – necə ki 44 gün Qarabağda arındırma işi apardıq, eləcə də, Ermənistanda dinc ermənilər daxil, o torpağın flora-faunasına, tarix yaddaşına, mədəni abidələrinə hüzur bəxş etməliyik. Bəli, belə sözlər, kiminə xəyal, kiminə “siyasi-diplomatik dəstursuzluq” kimi gələ bilər, ancaq, əfəndilər, biz Ermənistandan danışırıq axı, məhz Ermənistandan. Axı başqalarına məxsus yaxşı nə varsa onu özününkü sayan bir zehniyyətdən danışırıq biz. Danışırıq ki, o torpaqlar bizimdir. Qarabağ 30 il, İrəvan 103 il, Zəngəzur 101 il öncə işğal olunub – işğalın nə 30-u, nə 130-u? İşğal işğaldır və sonlandırılmalıdır.

Beləliklə, 04 iyun 2021-ci ildə s.11.

00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş media əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşdüyü rəsmən təsdiqlənib. Rəsmi bilgiyə görə 3 nəfər – Sirac Abışov (AzTV-nin operatoru), Məhərrəm İbrahimov (“AzərTac”ın əməkdaşı), Arif Əliyev (Kəlbəcər RİHB Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Kim zəmanət verə bilər ki, o minaları 27 mayda, gecə s.03.00 radələrində, Ermənistan ordusunun dövlət sınırının Kəlbəcərin Yuxarı Ayrım yaşayış məntəqəsi yönündəki yola mina döşəyərkən yaxalanmış kəşfiyyat-diversiya qrupunun üzvləri etməyib? Yaxud kim zəmanət verə bilər ki, Kəlbəcərdən çıxmağa əlavə 10 gün xahiş edən və Rusiya Prezidentini şəxsən bu işə qatan Ermənistan məhz o 10 gün içində döşəməyib o minaları? İndi Ermənistanın israrlı xahişi ilə bizdən əlavə 10 gün vaxt istəyən Rusiya və ya 6 diversanta azadlıq tələb edən Fransa, başqa dövlətlər, dövlət başçıları bizim həlak olan vətəndaşlarımızı həyata qaytara biləcəkmi? Hər üçü ailəli olan mina qurbanlarının özlərinin, yetim qalan balalarının günahı nə idi? O, üç mülki vətəndaşın öldürülməsi Ermənistanın və onun havadarlarının nəyinə lazımdır? Bəxtəvərmi oldular? Heç kəs unutmamalıdır ki hər belə hadisə bizi daha da mətin, daha cəsarətli edir. Bizim hisslərimizi kinə, nifrətə dönüşdürməyə heç kəs qalxınmamalıdır. Kin, nifrət onu bəsləyənə ziyan vura bilər, amma qarşı tərəfə də yaxşı heç nə vəd etmir! Onsuz da, Xocalıda, Xankəndində, Əsgəranda üçrəngli müqəddəs bayrağımız dalağalananadək bizə rahatlıq yoxdur. Amma qurcux ermənilər heç olmazsa, indi Ermənistan adlanan ərazidə yaşamaq istəyirlərsə, özlərinə çəki-düzən versin. Heç nə unudulmur, heç nə yaddan çıxmır!

İnanıram ki Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəl­ləsinin 100.2, 116.0.6 və digər maddələri ilə başlanılmış cinayət işi öz məntiqi sonluğuna varacaq. Bu maddələr təcavüzkar müharibəni planlaşdırma, hazır­lama, başlama və ya aparmağı, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozmağı ehtiva edir. – Ermənistan dövləti məhz bu sadalanan mad­dələr üzrə hüquqi cavabdehlik daşıdığı kimi, erməni hava­darları da ən azı mənəvi məsuliyyət payına sahibdir.

İntensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirən dövlətimizə inamımız sonsuzdur.

Zəhmət olmasa, heç kəs bizdən terrorçu-merrorçu xahiş etməsin. Belə bir xahişin “tərcüməsi”, mənası budur: siz erməni diversantları və terrorçuları buraxın ki, yeni minalar döşəyə, yeni canlar ala bilsinlər.

Adam, sizin canınız candı da, bizim ki çam saqqızıdımı?

Bir Cevap Yazın