Təşkilatçı: KOB Subyektləri və Klublarının Assosiasiyasının sədri-Nigar Ələsgərova.
II Panel müzakirəsi (02 may 2024-cü il, 11:45 ÷ 12:45)
Panel Mövzusu: Çin yoxsa Hindistan yolu ? Ələt azad iqtisadi zonanın əhəmiyyəti
Spiker: AGRO UNİON MMC-nin Direktoru Vidadi Məmmədovun məruzə mövzusu:
Türk Dövlətləri arasında nəqliyyat logistikasının, yük dövrüyyələrinin indiki durumu, persprktivləri və qlobal iqtisadiyyata təsir imkanları
Mövzumuzun şərhinə keçməzdən öncə qeyd etmək istərdik ki, Türk Dövlətlərinin ilk iqtisadi forumunun, Bakı forumunun baş tutması qürur verici və tarixi hadisədir. Bu forumda iştirak edən Dövlət və Hökumət nümayəndələrini, Millət Vəkillərimizi, Diplomatları, Türk Dövlətlərinin aparıcı şirkət rəhbərlərini, Sahibkarları, KOBİA və Bankların nümayəndələrini, Assosiasiya və QHT rəhbərlərini, eləcədə digər qrup üzvlərini və iştirakçılarını, Türk millətinin dəyərli və fədakar övladlarını Salamlayır və onlara uğurlar arzulayırıq.
Türklər tarix boyu milli-mənəvi və tarixi dəyərlərinə çox bağlı olmuşdurlar. Nə qədər də qlobal geosiyasi, geostrateji təsirlərə məruz qalsalar da, bu gün də belədir. Ona görə də bütün vəziyyətlərdən üzü ağ, alnı açıq çıxaraq öz həyat tərzini, yaşayışını və fəaliyyətini təşkiltlanmış şəkildə davam etdirməkdədir. Belə milli-mənəvi və tarixi dəyərlərindən biri də böyüklərinə, mütəfəkkirlərinə, öndərlərinə, liderlərinə, ziyalılarına böyük hörmət və etiram etmələridir. Bu baxımdan, forumun ahənginə uyğun olaraq yerinə düşərdi qeyd edək ki, Ulu Öndərimiz Heydər Əliyev belə bir fikir bildirmişdir ki, “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” . Elə bu fikrə uyğun da Azərbaycan Dövlətinin iqtisadi siyasətini qurmuşdur.
17 fevral 1923-cü ildə Manisa nümayəndəsi Kazım Karabəkir, Asım və Fevzi Çakmak Paşalar, Rusiya səfiri Aralov və Azərbaycan səfiri İbrahim Əbilovun iştirakı ilə İzmir İqtisadi qurultayı başlamışdır.
Qurultay Türkiyənin yeni İqtisadi Siyasətini müəyyən etmək üçün çağırılmışdır. Qazi Mustafa Kamal Paşa açılış nitqində: “. Yeni Türkiyəmizi layiq olduğumuz səviyyəyə çatdırmaq üçün iqtisadiyyatımıza birinci önəm verməliyik. Çünki dövrümüz iqtisadi dövrandan başqa bir şey deyil. Nə qədər böyük siyasi və hərbi qələbələr olsa da, iqtisadi qələbələrlə taclandırılmasa, qələbələr daimi ola bilməz.İqtisadiyyat insanın xoşbəxt olması, yaşaması üçün lazım olan hər şey deməkdir. Bu, kənd təsərrüfatı deməkdir, ticarət deməkdir, iş deməkdir, hər şey deməkdir”.
Bu qurultayda Atatürk imtiyazlı xarici şirkətlərin milliləşdirilməsini vurğulamış-Dövlətin dəstəyi ilə milli şirkətlərin yaradılmasının, inkişaf etdirilməsinin günün tələbi olduğunu önə çəkmişdir.
Tarixi İpək Yolunun bərpasının Avropa—Qafqaz—Asiya nəqliyyat dəhlizində yerləşən ölkələrin inkişafında və onlar arasında hərtərəfli əlaqələrin daha da genişləndirilməsində, habelə Azərbaycanın dünya birliyi ölkələri ilə inteqrasiyasının gücləndirilməsində rolunu nəzərə alaraq Ulu öndərimiz Heydər Əliyev Tarixi İpək Yolunun bərpası üzrə beynəlxalq konfransın 1998-ci ilin sentyabrın 7—8-də Bakı şəhərində keçirilməsi məqsədi ilə Beynəlxalq konfransın hazırlanmasını və keçirilməsini təmin etmək üçün Təşkilat Komitəsi yaradılması baxımından 830 saylı 17 iyun 1998 – ci il tarixli sərəncam imzalamışdır. Bu sərəncamın nəticəsində Ulu Öndərin tarixi arzusu gercəkləşdi və Bakıda keçirilən beynəlxalq konfransın sonunda Avropa – Qafqaz – Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli saziş və onun texniki əlaqələri; “Bakı Bəyannaməsi”, “Tarixi İpək Yolu”nun bərpası üzrə beynəlxalq konfransın yekun məlumatı” kimi beynəlxalq əhəmiyyət daşıyan üç sənəd imzalandı. “Bakı Bəyannaməsi” ni bir çox dövlətlər imzaladı.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi” (bundan sonra – Strateji Yol Xəritəsi) rəqabətli, şaxələndirilmiş, inklüziv və dayanıqlı iqtisadiyyatın qurulması təşəbbüslərinin tərkib hissəsi kimi hazırlanmışdır. Bu Strateji Yol Xəritəsi logistika və ticarət sahəsində iqtisadi inkişaf üzrə Azərbaycanın 2020-ci ilədək, 2025-ci ilədək və 2025-ci ildən sonrakı dövr üçün qısa, orta və uzunmüddətli perspektiv istiqamətlərini müəyyən etmişdir. Strateji Yol Xəritəsi çərçivəsində tədbirlər görülmüş və investisiyalar qoyulmuş və real gözlənilən nəticələr ortaya qoyulmuşdur.
1) Azərbaycan regional əhəmiyyətli logistika və ticarət qovşağı kimi aparıcı mövqeyi gücləndirilmişdir;
2) Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanı kompleksi, Bakı- Tbilisi-Qars dəmir yolu və Astara-Astara dəmir yolu layihələri tamamlanmışdır. Hal-hazırda da daha da genişləndirilərək müasir çağırışlardan irəli gələn tələblərə uyğunlaşdırılır.
3) Logistika sahəsində əməliyyatların təkmilləşdirilməsi işi bu gün də davam etdirilir və 2030 –cu ilə dək əyani nəticələrini görmək mümkün olacaq.
4) Bakı regional əhəmiyyətli ticarət mərkəzinə çevrilməkdədir.
5) Bakıda və ölkənin müxtəlif yerlərində logistika və ticarət mərkəzləri yaradılmışdır
( Məsələn, Abşeron Logistika və Ticarət Mərkəzi).
Bunları sadalamaqla, qeyd etmək istəyirik ki, bu sahələri əhatə edərək mütamadi olaraq Dövlətimiz və ictimaiətimiz tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər görülür ki, ölkəmiz bütün regional layihələrdə layiqincə iştirak edə bilsin və öz töhvələrini verə bilsin. Yuxarıda sadalanan tədbirlər imkan vermişdir ki, Azərbaycan həm regional, həm də Qlobal layihərdəki layiqli yerini tuta bilsin və faydalı olsun. Tarixi İpək Yolunun bərpası və müasirləşdirilməsi Azərbaycanı həm Türk Dövlətlərinin, həm də digər qonşu və başqa dünya dövlətlərinin faydalı tərəfdaşına çevirə bilmişdir.
Tarixi İpək Yolu (Orta Dəhliz) əsas etibarilə dəmir yolundan (4256 km) və dənizdən keçən hissədən (508 km) ibarətdir və Çin−Qazaxıstan sərhədindən başlayaraq, Qazaxıstandan keçməklə Xəzər dənizi vasitəsilə Azərbaycan və Gürcüstanadək davam edir. Gürcüstandan isə bu dəhliz iki istiqamətdə − Türkiyə vasitəsilə Avropaya, Qara dəniz vasitəsilə isə Ukrayna, Rumıniya və Bolqarıstana uzanır.
Avropa və Asiya arasında əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan ölkə ərazisindən keçən Orta Dəhlizin rəqabət qabiliyyətliliyinin artırılması istiqamətində bir sıra layihələr həyata keçirmişdir. 2007-ci il fevralın 7-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsi olan Bakı−Tbilisi−Qars dəmir yolunun tikintisinə dair Saziş imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars−Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib. Ümumi uzunluğu təxminən 850 kilometr olan Bakı−Tbilisi−Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstan, 79 kilometri isə Türkiyə ərazisindən keçir.
2017-ci il oktyabrın 30-da istifadəyə verilmiş Bakı−Tbilisi−Qars dəmir yolu Orta Dəhlizin bir hissəsi kimi Şərqlə Qərb arasında nəqliyyat bağlantısını təmin etməklə, Tarixi İpək Yolunun polad magistrallar üzərində bərpasıdır.
Bakı−Tbilisi−Qars dəmir yolu Çindən Avropaya yüklərin Orta Dəhliz ilə çatdırılması müddətinin dəniz daşımalarına nisbətən iki dəfədən çox azaldılmasına imkan yaradır. Regionda sabitliyə və təhlükəsizliyə xidmət edən Bakı−Tbilisi−Qars dəmir yolu xəttinin yükaşırma qabiliyyətinin artırılması xarici ticarət əlaqələrinin dərinləşməsi və iqtisadi inkişaf baxımından böyük imkanlar yaratmışdır. Hal-hazırda bu yolun imkanlarını daha da artırmaq baxımından Gürcüstan hissəsində Azərbaycanın səyləri və təşəbbusləri ilə rekonstruksiya işləri aparılır.
Bu Yolun Başlanğıcında olan və 2020-ci il mayın 22-də Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yaradılmış Ələt Azad İqtisadi Zonası Azərbaycanın Avropa−Asiya logistika zəncirlərində aparıcı rolunu gücləndirmişdir. Ələt Azad İqtisadi Zonasının yaradılmasında əsas məqsəd yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etmək, innovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu əsasda milli iqtisadiyyatın dayanıqlı inkişafına və ölkədə məşğulluğun artmasına töhfə verməkdir. O, beynəlxalq yükdaşımalarda mühüm rol oynamaqla yanaşı, ölkənin regional ticarət qovşağına çevrilmək perspektivini dəstəkləyir və yerli istehsalın təşviqini, habelə “Made in Azerbaijan” brendinin dünyada tanınmasını təmin edir.
İnsanlar və toplumlar arasında ünsiyyət yollardan başlanır. Tarix boyu fərqli coğrafiyalardan keçən yollar müxtəlif xalqlar arasında münasibətlər yaratmışdır. Tarixin müxtəlif dönəmlərində baş verən işğallar qədim yolları müəyyən dərəcədə dağıtsa da, nəticədə yeni şəhər və inzabati mərkəzlər salınmış, yolların istiqaməti dəyişmişdi. Ancaq köhnə yollar zaman – zaman öz fəaliyyətini davam etdirmişdir. Belə yollardan biri də, bəşər tarixində ilk transkontinental ticarət və diplomatiya yolu kimi qiymətləndirilən “İpək Yolu” olmuşdu.
“İpək Yolu”nun beynəlxalq əhəmiyyəti VII-X əsrlərdə, ərəb-müsəlman dövlətinin Çin və Hindistandan İspaniyaya qədər geniş bir ərazini öz hakimiyyəti altında birləşdirdiyi dövrdə daha da artmışdı. Dövrün mənbələrində xilafət ərazisindən keçən ipək yolunu bir-birinə bağlayan mərkəz kimi xilafətinin əsas şəhəri olan Bağdadın əhəmiyyəti xüsusi qeyd olunur. Bağdaddan müxtəlif istiqamətdə ayrılan yollar mərkəzi imperiyanın ən ucqar bölgələrini birləşdirməklə yanaşı, Şərqə və Qərbə doğru davam edərək, qədim İpək yolunun əhəmiyyətini daha da artırıdı. Bu yolun üstündə yerləşən Dəməşq, Antakiya, Rey, Təbriz, Nişapur, Mərv, Buxara, Səmərqənd və b. şəhərlər xilafətin mədəniyyət və əmtəə istehsalı mərkəzləri kimi şöhrətlənmişdi.
X əsrdə İslam dünyasının – Hindistan və Orta Asiyadan başlayaraq İspaniya da daxil olmaqla Atlantik okeanına qədər – çox geniş əraziləri əhatə edən 21 xəritəsi tərtib olunmuşdur. İbn Vahb (IX əsr), Əl-Yaqubi (X əsr), əl – İstəhri (820-934), İbn Fədlan (X əsr), Əl-Məsudi (X əsr), İbn Havqəl (X əsr), Müqəddəsi (X əsr), Yaqut əl – Həməvi (XII əsr) kimi ərəb səyyah və coğrafiyaçıları İpək yolunun erkən orta əsrlər dövrü üçün çox maraqlı məlumatları öz əsərlərində əks etdirmişlər. XIV əsr ərəb səyyahı və coğrafiyaşünası olan İbn Bəttutə bir çox ticarət şəhərlərini gəzmiş, şahidi olduğu bu şəhərlərin həyatı haqqında çox maraqlı fikirlər yazmışdır.
Xilafətin mühüm vilayətlərindən olan Azərbaycan da bu yollar vasitəsi ilə dövrün beynəlxalq ticarətinə qovuşaraq, Azərbaycanın hələ qədim zamanlardan xarici aləmlə mövcud olan iqtisadi, mədəni və siyasi əlaqələrinin daha da genişlənməsinə səbəb olmuşdur.
Səlcuqlar və Monqollar dövründə İpək yolu ilə aparılan ticarətin inkişafı üçün geniş imkanlar açılaraq Şərq-Qərb arasında əlaqələr daha da genişlənmişdi.
XIV əsrdən etibarən böyük bir siyasi coğrafiyanı və iqtisadi ticarət şəbəkəsini özündə cəmləşdirən Osmanlı dövləti də Böyük İpək yolunun inkişafında əhəmiyyətli dərəcədə rol oynamışdı.
Sonrakı dövrdə “Böyük İpək Yolu”nun keçdiyi ölkələrdə baş verən siyasi və iqtisadi dəyişikliklər, xüsusilə də 1498-ci ildə Avropadan Hindistana birbaşa dəniz yolunun kəşf edilməsi dünya ticarət yollarınınistiqamətində müəyyən dəyişikliyə səbəb oldu. Dəniz yolunun kəşfi Qərb dünyasını Uzaq Şərqlə bağlayan quru yol əlaqələrinin zəifləməsinə səbəb oldu. Həmçinin Avropa ölkələrinin Amerika ilə əlaqələrinin genişlənməsi Aralıq və Qara dənizin beynəlxalq ticarətdəki əvvəlki mövqeyini zəiflətdi. Bu dövrdən başlayaraq Şərq-Qərb ticarət əlaqəsində Volqa-Xəzər su yolunun əhəmiyyəti ön plana çıxdı. Bir sözlə, böyük coğrafi kəşflər “Böyük İpək Yolu”nun əhəmiyyətinə nəzərəçarpacaq dərəcədə mənfi təsir etdi.
Tarix göstərir ki, yollar və kommunikasiyaların inkişafı və vəziyyəti geosiyasi və geostrateji əlaqələrdən, eləcə də regional siyasitin durumundan, dostluq, qardaşlıq və ticarət əlaqələrinin sarsılmaz olmasından düz mütanasib olaraq asılıdır. Belə ki, əlaqələr sarsılmazdır, dayanıqlıdır, etibarlıdır demək, yollar və kommunikasiyalar, logistika şəbəkələri inkişaf edəcəkdir, güclənəcəkdir. Elə ki, əlaqələr sarsıldı, dayanıqlıgını itirdi, etibarlılığını təmin edə bilmədi, demək yollar və kommunikasiyalar, logistika şəbəkələri tənəzzülə uğrayacaqdır. Ona görə də Tanrının bizlərə nəsib etdiyi indiki vəziyyəti dəyərləndirərək, Türk Dövlətləri Təşkilatının gücləndirilməsi naminə hər birimiz yaşamalıyıq, yaratmalıyıq, işləməliyik. Bu ideologiyanı elə yetişdirib gənc nəsilə ötürməliyik ki, təşkilat əsrlər boyu inkişaf etsin, dayanıqlı olsun, var olsun. Hamımız və hamı yaxşı anlayır ki, Türkün, Türkdən başqa səmimi dostu yoxdur. Dostluqları yalnız mənfəətləri və maraqlarını təmin etmək müqabilindədir.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı (TDT) 2009-cu ilin 3 oktyabr tarixində Naxçıvan şəhərində (Hər halda təsadüf deyil ki, Naxçıvanda keçirilməsi nəzərdə tutulubmuş) keçirilən Zirvə Görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən, 2012-ci ilin 1 noyabr tarixində yaradılıb (Bu tarix də zənnimizcə təsadüfi deyildir. Ona görə ki, Cənab Prezidentimiz İlham Əliyevin ilk dəfə seçimindən sonra 2003-cü ildə ilk and içmə mərasimi də 1 noyabr tarixinə təsadüf edir). Təşkilat yaradılarkən adı “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ)” olub. 2021-ci ildə təşkilatın adına dəyişiklik edilmiş və hazırda “Türk Dövlətləri Təşkilatı” adı ilə fəaliyyətini davam etdirir.
Azərbaycan Respublikası təşkilatın 4 təsisçi ölkəsindən biridir və hazırda təşkilatın 5 üzv dövləti var: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə təşkilatda müşahidəçi statusa malikdir. Təşkilatın mənzil-qərargahı Türkiyənin İstanbul şəhərində yerləşir. Baş katibi 11 noyabr 2022-ci il tarixindən etibarən Kubanıçbek Omuraliyevdir (Qırğızıstan).
Bütün regional və qlobal tədbirlərdə təşkilat təmsil olunur, Türk Dövlətlərinin Dövlət və Hökümət başçıları təşkilatın rəhbərliyi ilə təmasda olduqları müşahidə edilir. Çox təqdirə layiq haldır.
Dünən, 01 may 2024-cü il tarixdə TDT-nin Baş katibi mətbuata açıqlamasında bildirib ki, bu gün Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi qarşıdan gələn COP29-a hazırlığın mühüm mərhələsidir.
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla keçəcəyinə əminliyini ifadə edib.
“Bugünkü forum bizim hamımızı çox sevindirən COP29 kimi böyük tədbirin başlanğıcıdır. Ümid edirəm və əminəm ki, bu tədbir uğurlu olacaq. Bu gün və yaxın 2-3 gündə iqlim dəyişikliyi, din kimi mövzular müzakirə ediləcək. Bugünkü forumun mövzusunda deyilir ki, yalnız dialoq yolu ilə bütün problemləri həll etmək olar, o cümlədən müharibələr, münaqişələr, təbii fəlakətlər və s.”, – o vurğulayıb.
TDT-nin məhsuldar və məqsədyönlü fəaliyyətini şərtləndirən bütün amillər bu dövrdə mövcuddur. Ona görə də bu təşkilatın parlaq gələyinin olacağına tam inam vardır. Dünyada yarandığı vaxtdan az sonra tarixin arxivinə qovuşan təşkilatların sayı çox olub. Bu da ilk növbədə onunla bağlı olub ki, həmin təşkilatlar saxta ideyalar əsasında yaradılıb, onların təməlində təbii amillər dayanmayıb. Türkdilli ölkələrin birliyini mümkün və zəruri edən fundamental amillərin sayı isə kifayət qədər çoxdur. Bu sırada tarixi bağlılıq, milli-mənəvi dəyərlərin eyni kökdən gəlməsi, siyasi maraqların uzlaşması, coğrafi yaxınlıq, din, etiqad vəhdəti, mədəniyyətlərin oxşarlığı kimi məqamları xüsusi qeyd edə bilərik. Bu gün Türk birliyi məhz bu kimi fundamental zəminə əsaslanmaqla formalaşaraq getdikcə daha da möhkəmlənir.
Amma qeyd etmək lazımdır ki, belə təşkilatın dayanıqlı olması üçün iqtisadi gücü də təmin edilməlidir. Bu gücü də şübhəsiz ki, üzv olan Türk Dövləri və həmin dövlətlərin ictimaiyəti sıx və iqtisadi əlaqələr quraraq təmin etməlidirlər. Bu ruhda yaşayıb yaratmalıdırlar.
İqtisadi potensial da Türk Dövlərinin birliyini mümkün və etibarlı edən ən mühüm amillərdən biridir. Hazırda dünyada 200 milyona yaxın türk mənşəli insan yaşayır. Eyni zamanda, Türk Dövlətləri təbii ehtiyatlarla, o cümlədən də enerji resursları ilə zəngindir. Təbii ki, hazırda qardaş Türkiyə iqtisadi potensialına, müasir sənaye inkişafına görə Türk Dövlətləri arasında lider mövqeyə malikdir.
Ancaq Azərbaycan və digər Türk Dövlətləri də öz iqtisadiyyatlarını intensiv şəkildə genişləndirirlər. Türkiyə 761.4, Qazaxıstan 181.7, Özbəkistan 57.9, Azərbaycan 48, Türkmənistan 48 və Qırğızıstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdir. Bu göstəricilər ilbəil də artmaqdadır. Mütəxəssislərin qənaətinə görə, təşkilat daxilində iqtisadi və ticari əməkdaşlığı daha sistemli şəkildə əlaqələndirmək mümkündür.
1.5 trilyon nominal ÜDM-ə malik olan Türk Dövlətlərinin yeni regional əməkdaşlıq modeli yaradırlar. Deyə bilərik ki, regionun yeni iqtisadi xəritəsi formalaşmaqdadır.
Bu baxımdan 2022-2023-cü illərin yekunlarına görə əksər Türk Dövlətləri arasında olan ticarət dövrüyyəsinin vəziyyətinə nəzər salaq.
2023-cü ildə Azərbaycanın Türkiyəyə ixracı 5 milyard 359 milyon dollar, qardaş dövlətdən idxalımız isə 2 milyard 291 milyon dollar olub. Digər tərəfdən, Türkiyə ötən il Azərbaycanın 3 milyard 348 milyon dollarlıq qeyri-neft ixracının 23,4 faizini formalaşdırıb.
Ticarət, yük dövrüyyəsi Azərbaycan və Türkiyə arasına 2023-cü ildə 7,5 milyard dollar təşkil edib. Siyasi dialoqun, Prezident Rəcəb Tayyib Ərdoğanla Prezident İlham Əliyev arasında formalaşan dostluq, qardaşlıq münasibətlərinin ruhuna uyğun olaraq Azərbaycanla Türkiyənin iqtisadi sahədə əməkdaşlığı daim yüksələn xətlə inkişaf etdiyindən 2030-cu ilə qədər ticarət, yük dövrüyyəsi üçün qoyulan hədəf 15 milyard dollara çatdırmaqdır.
2022-ci il ərzində Azərbaycan və Özbəkistan arasında qarşılıqlı ticarətin, yük dövrüyyəsinin həcmi 181,2 milyon dollara çatıb ki, bu da 52.4 faiz artım deməkdir. 2023-cü ilin 7 ayı ərzində isə iki ölkə arasında ticarət dövriyyəsi 143,9 mln. dolları təşkil edib, ixrac 81,2 mln. dollar, idxal 62,7 mln. dollar təşkil edib.
Azərbaycan kapitalının iştirakı ilə Özbəkistanda 203 müəssisə fəaliyyət göstərir, onlardan 66-sı birgə müəssisədir. 2023-cü ilin fevralında iki ölkə arasında nizamnamə kapitalı 500 milyon dollar olan İnvestisiya Fondu yaradıb. Bu fondun iki ölkə arasında iqtisadi əməkdaşlığın güclənməsinə böyük töhfəsi ola bilər.
Azərbaycan Qazaxıstanın Qafqazdakı əsas iqtisadi tərəfdaşıdır. Hər iki dövlətin inkişaf edən iqtisadiyyatı qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün əlverişli şərait yaradır. 2023-ci il ərzində iki dövlət arasında ticarət, yük dövrüyyəsinin dövriyyəsinin həcmi 2022-ci il illə müqayisədə 14,3 faiz artaraq 529,4 milyon dollara çatıb. Hər iki dövlətin iqtisadi potensialı idxal-ixrac əməliyyatlarının həcminin daha da artmasına imkan verir.
Qeyd olunan dövrdə Qazaxıstandan Azərbaycana edilən ixracın həcmi 21,7 faiz artaraq 456,3 milyon dollar təşkil edib. Azərbaycandan Qazaxıstana edilən ixrac isə 73,1 milyon dollar dəyərində olub.
2024-cü ildə Azərbaycanla Qazaxıstan arasında ticarət, yük dövrüyyəsi 14,3% ardığı müşahidə edilir.
Hal-hazırda Azərbaycan və Qırğızıstan arasında iqtisadi əlaqələr yüksələn temp almaqdadır. 29 aprel 2024-cü il tarixdə Qırğızıstanın İqtisadiyyat və ticarət naziri Daniyar Amangeldiyevin mətbuta verdiyi müsahibəsində bildirilib ki, Qırğızıstan və Azərbaycan Dövlətlərarası Şurasının ikinci iclasındakı bəyanatında qeyd edib ki: Biz 2030-cu ilədək ölkələrimiz arasında ticarət dövriyyəsinin 500 milyon dollara yaxın səviyyəsini təmin etməyi hədəfləyirik.
Qeyd edək ki, Qazaxıstan və Türkiyə arasında ticarət, yük dövrüyyəsi 2÷3 milyard dollar civarındadır.
Türkiyə ilə digər Türk Dövlətlərinin ticarət, yük dövrüyyələri milyard dolları haqlasa da, ancaq digər Türk Dövlətlərinin biri-birilərinin arasında ticarət, yük dövrüyyələri əsasən, bir ikisi istisna olmaqla, maksimum 200 milyon dollar civarına yaxınlaşa bilib. Qazaxıstan və Azərbaycan arasında isə 500÷600 milyon dollar təşkil edə bilib, burda da Azərbaycanın ixracı 70÷80 milyon dollara yaxınlaşa bilib. Demək TDT daxilində iqtisadi və ticari əməkdaşlığı sistemli şəkildə əlaqələndirməyə idarə etməyə ehtiyyac vardır. Bu baxımdan təklif edirik ki, təşkilatın mərkəzləşmiş Beynəlxalq Ticarət, Nəqliyyat Logistikası, Yük Ekspeditoru funksiyasını həyata keçirə bilən qurumu yaradılması üçün Təşkilat rəhbərliyinə müraciət ünvanlanması məsələsinə forumun gedişatında baxılsın.
Nəqliyyat logistikası – mövcud qanunvericilik çərçivəsində, yükdaşımaların optimallaşdırılması məqsədilə, nəqliyyat logistik axınların inteqrasiya sistemi haqqında bir elm sahəsidir. Bu elmin vasitəsilə, nəqliyyat xidmətlərini maksimum şəkildə optimallaşdırmaq, gəliri artırmaq, mövcud xərcləri azaltmaq mümkündür.
Logistika termininin kökündə – düşüncə, hesablama, məqsədəuygunluq sözləri durur və elə bu sözlər də logistakanın imkanlarını və funksiyalarını ortaya qoyur. Demək düşünülmüş, hesablanmış, məqsədəuyğun bilinmiş hər bir hərəkət öz bəhrəsini verə bilir. Ona görə də müasir dövrdə bu funksiyaları həyata keçirmədən, layihəsini, sxemini əvvəlcədən cızmadan hər hansı bir ticari əlaqə xoşa gəlməyən nəticələrə səbəb ola bilər.
Elə bu məntiqlə də dünya əhalisi mütamadi olaraq yeni ticari əlaqələr qurarkən müxtəlif yanaşmalar edərək, özünü doğruldan və ya doğrultmayan nəqliyyat dəhlizləri, nəqliyyat logistikası sxemləri ortaya çıxarmağa cəhdlər edirlər. Bunlardan biri də, “Böyük iyirmiliy”in (G20) 2023-cü ilin 9-10 sentyabr tarixlərində Yeni Dehlidə keçirilən sammiti çərçivəsində Hindistan da daxil olmaqla Cənubi Asiyanı Yaxın Şərq üzərindən Avropa ilə birləşdirən yeni nəqliyyat dəhlizi ilə bağlı memorandum imzalamaları oldu. Qeyd edilir ki, bu miqyasına görə olduqca möhtəşəm bir layihədir. Layihə Hindistandan Avropaya BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya və İsrail üzərindən dəmiryol xətləri və liman infrastrukturunun inteqrasiyasını nəzərdə tutur. Bildirilir ki, onun icrası nəticəsində malların Hindistandan Avropaya indikindən 40 faiz daha tez ucuz çatdırılması mümkün ola bilər. Bəli kağız üzərində möhtəşəm görünə bilər. Ancaq reallıqda bunun həyata keçməsi üçün geosiyasi və geostrateji şərait olmalıdır, dinclik və təhlükəsizlik həmin regionda hökm sürməlidir. Bu şəraiti hal-hazırda müşahidə etmək mümkündürmü? Xeyr. Ona görə də bu layihənin həyata keçib-keçmədiyini zaman gələcək nəsillərə göstərər. Bu günki reallıqlara əsaslansaq, bunun reallığa çevrilməsi bizim üçün çox şübhəlidir.
Yaxın Şərqdən keçməklə Avropa qitəsinə çıxış üçün nəzərdə tutulan sözügedən layihə faktiki olaraq qardaş Türkiyə, Orta Asiya və Cənubi Qafqaz dövlətlərini birləşdirəcək “Orta dəhliz” layihəsinin əhəmiyyətini azalda bilər düşünənlərə layiqli cavab olaraq, təməli 2005-ci illərdən qoyulan Kalkınma Yolu (Yeni İpək Yolu) layihəsi yenidən xatırladıldı. 2005-ci ildə Bəsrənin yerli administrasiyası hökumətə Fars körfəzinə açılan Fav yarımadasında büdcəsi təxminən 5 milyard dollar olan regionun ən böyük limanını tikməyi təklif etdi, beləliklə də bu real layinənin təməli qoyuldu və işlərə başlanıldı. Bu marşrutun tarixi əsasları var. Sadəcə müasirləşdirilir, yeni limanlar və dəmir yolları salınaraq, yeni bağlantılar yaradılacaq. “Türkiyə-İrak İnkişaf Yolu” layihəsi ortaya qoyulduqdan sonra Hindistan yolu layihəsinin müəllifləri və himayədarları çıxılmaz vəziyyətə düşüblər. Bu Hindistan layihəsi bu baxımdan ciddi çəkişmələrlə və tənqidlərlə üzləşib.
Ona görə də TDT –nin üzv dövlətlərinin və onların inkişafını istəyən dövlətlərin Hindistan layihəsinin dərdini çəkməyə heç bir ehtiyyacları yoxdur. Qarşıda çox böyük işləri vardır. Birlik, bərabərlik, hörmət və fədakarlıq köstərərək gözəl Qarabağımızın yenidən qurulmasında, Zəngəzur Dəhlizinin açılıb istifadəyə verilməsində Fatih, Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevə Siyasi dəstək vermək, ruhən yanında olmaq, eləcə də imkan qədər Tikinti quruculuq işlərinə qoşulmalarını arzuladığımızı bildiririk. Bu arada Qarabağımızın abadlaşmasında iştirakını həyata keçirən Türk Dövlətlərinin başçılarına da öz minnətdarlığımızı, hörmət və ehtiramımızı bildiririk.
Hörmətlə,
Vidadi Məmmədov